AFFA Lənkəran stadionuna qadağa qoydu

12:05 23 Oktyabr 2019

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında yaşanan xoşagəlməz hadisə assosiasiyanın İntizam Komitəsində müzakirə olunub.

 

Sportarena.az xəbər verir ki, "Xəzər Lənkəran” – "Kəpəz” matçında azarkeşlər meydana daxil olublar. Lənkəran təmsilçisinin fanatlarının bu hərəkəti ağır cəza ilə nəticələnib. "Xəzər Lənkəran” 1 ev oyununu azarkeşsiz keçirməli olacaq. Fanatların stadiona daxil olmasına qadağa qoyulub.

 

Oyunun 90+4-cü dəqiqəsində baş verənlər də cəzasız qalmayıb. "Kəpəz”in futbolçusu Cavid Qurbanov və "Xəzər Lənkəran”ın oyunçusu Xanoğlan İsmayılov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 matçlıq cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti