Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, FIFA referilərindən Əliyar Ağayev "Sumqayıt” – "Neftçi” matçını idarə edəcək. "Keşlə” – "Qəbələ” görüşü isə Rauf Cabbarova həvalə olunub.
26 oktyabr
"Keşlə” – "Qəbələ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"ASCO Arena”, 16:00
"Sabah” – "Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bank Respublika Arena”, 18:00
27 oktyabr
"Sumqayıt” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Kapital Bank Arena”, 17:30
28 oktyabr
"Qarabağ” – "Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
Qeyd: Turun bütün görüşləri "CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.