Millimiz Moldovaya qalib gəldi

19:39 23 Oktyabr 2019

Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçular 2:0 hesablı qələbə qazanıb. Qolları Amin Qarayev və Ayxan Süleymanlı vurub.

 

Oktyabrın 25-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti