Ramil Şeydayev "Dinamo"dan ayrıla bilər

20:10 23 Oktyabr 2019

Millimizin üzvü Ramil Şeydayev qış transferi pəncərəsi dövründə "Dinamo"dan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı hücumçunun müqaviləsində tərəflərin təzminat ödəmədən əməkdaşlığın ləğvi ilə bağlı bəndin yer aldığı bildirilib."Dinamo" rəhbərliyinin gələn mövsüm Premyer Liqada tətbiq ediləcək yeni limit səbəbindən Şeydayevlə yolları ayırmaq variantına baxdığı vurğulanıb.

 

Qeyd edək ki, Ramil bu mövsüm Rusiya Premyer Liqasında oynadığı 7 matçda qol vura bilməyib. O, 2019-cu ilin yayından Moskva təmsilçisində çıxış edir.


Digər xəbərlər

Xəbər xətti