Karateçilərimiz dünya çempionatında 4 medal qazandı - FOTO

10:51 29 Oktyabr 2019

Yeniyetmə və gənclərdən ibarət milli komandamız Çilinin paytaxtı Santyaqoda keçirilən dünya çempionatını dörd medalla başa vurublar.

 

Azərbaycan Milli Karate Federasiyasından Sportarena.az-a verilən məlumata görə, 16-18 yaşlı gənclərdən ibarət komandamızın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) bürünc medala sahib olublar.

 

Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq), Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (+84 kq) isə medalçılar arasına düşə bilməyiblər.



Digər xəbərlər

Xəbər xətti