UEFA Bakıdan videoçarx paylaşdı - VİDEO

10:28 30 Oktyabr 2019

UEFA-nın rəsmi saytında futbol üzrə “Avro 2020”nin oyunlarına ev sahibliyi edəcək şəhərlər barədə videoçarx yerləşdirilib.

 

Sportarena.az xəbər verir ki, videoçarxda həmin şəhərlərə dair görüntülərlə yanaşı, əsas məlumatlar da diqqətə çatdırılıb.Azərbaycan paytaxtı haqqında məlumatda qeyd olunub ki, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən Bakı bu göstəriciyə görə dünyanın paytaxt şəhərləri arasında birincidir. Bakını həm də “Küləklər şəhəri” adlandırırlar. Hələ XIX əsrdən etibarən bu şəhər neft hasilatının mərkəzi hesab olunur.

 

Videoçarxda bildirilib ki, Bakı ən müasir memarlıq abidələri ilə zəngindir. Qədimliyi sevənlər üçün isə burada qala divarları ilə əhatə olunmuş İçərişəhər var. İçərişəhər UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Burada, həmçinin Qız Qalası və XV əsrə aid Şirvanşahlar Sarayı mövcuddur.

 

“Azərbaycan milli komandasının da ev oyunlarını keçirdiyi Bakı Olimpiya Stadionunda 2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final matçı təşkil olunub. Finalda Londonun “Çelsi” və “Arsenal” komandaları qarşılaşıb”, - deyə qeyd edilib.

 

Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir matçı bu stadionda keçiriləcək.

 

 


Digər xəbərlər

Xəbər xətti