"Sevilya" "Qarabağ"la oyuna ehtiyat qüvvə ilə çıxacaq

14:55 30 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya"nın baş məşqçisi Yulen Lopeteqi əsas diqqətini İspaniya La Liqasına yönəltməyə qərar verib.

 

Sportarena.az xəbər verir ki, qrup mərhələsinin ilk üç qarşılaşmasında qalib gələn əndəlüsiyalılar növbəti mərhələni böyük ölçüdə təmin edib.Bu səbəbdən də Lopeteqi "Düdelanj", "Qarabağ" və APOEL-lə oyunlarda əsas heyət üzvlərinə şans vermək istəmir. İspaniyalı çalışdırıcı Ever Baneqa, Xoan Xordan, Xavyer Ernandes Çiçarito, Franko Vaskes, Lukas Okampos kimi ulduzlardan La Liqadakı oyunlarda istifadə etmək istəyir.

 

Noyabrın 7-si "Düdelanj"ın qonağı olacaq "Sevilya" bu matça kimi La Liqada səfərdə "Valensiya", evdə "Atletiko" ilə oynayacaq.Noyabrın 28-i "Qarabağ"ı qəbul edəcək əndəlüsiyalılar La Liqada "Real Betis" və "Valyodalid" səfərlərinə yollanacaq.


Digər xəbərlər

Xəbər xətti