"Qalatasaray" bir müddətdi zədə səbəbindən oynamayan Radamel Falkaodan şad xəbər alıb.
Sportarena.az xəbər verir ki, kolumbiyalı ulduz noyabrın 6-da Çempionlar Liqasında "Real"la keçiriləcək oyunun iştirakçısı olacaq. İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim kolumbiyalı oyunçu ilə görüşüb və onun İspaniyadakı səfər oyununda çıxış etməsinin önəmli olduğunu vurğulayıb.
Falkaonun bu həftə Super Liqada "Çaykur Rizəspor"la oyununda da iştirak etmək şansı var. Amma bununla bağlı hələ yekun qərar verilməyib. O, bu qarşılaşmanın son 30 dəqiqəsində meydanda ola bilər.