“Prosineçki təlxəkdir” - “Qarabağ”ın qapıçısının atası

09:45 1 Noyabr 2019

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç növbəti dəfə Bosniya və Herseqovina millisinə dəvət almayıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin 32 yaşlı qapıçıya dəvət yollamaması ölkə mətbuatında geniş müzakirə edilir.Asmir Beqoviçin atası Amir Beqoviç sosial şəbəkədə sərt sözlər yazanlardan olub: "Bəzi adamlar federasiya prezidentinin köməkliyi ilə Asmiri yığmadan qovdu".

 

Oğlunun yığmaya dəvət almamasına qəzəblənən Amir Beqoviç Prosineçkini təlxək adlandırıb: 

 

"Bu təlxək sadəcə, bir oyuncaqdır".


Digər xəbərlər

Xəbər xətti