İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa çempionatında Azərbaycan komandası növbəti dəfə uğurlu çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, millinin üzvü Aynur Məmmədova "PalaFlorio" idman arenasında 58 kq yuxarı çəki dərəcəsində qitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan komandası qitə çempionatında 8 idmançı ilə təmsil olunur. Yarışlara noyabrın 3-də yekun vurulacaq.