Azərbaycanlı futbolçu “Krasnodar”a keçir

11:09 1 Noyabr 2019

Spartak”da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev klubunu dəyişə bilər.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi “Krasnodar”ın maraq dairəsindədir.“Spartak”ın ötən il 500 min avroya “Rostov”a satdığı, lakin bu ilin əvvəlində 1 milyon avroya qaytardığı azərbaycanlı oyunçunun “Krasnodar”a keçmək ehtimalı daha yüksəkdi. Krasnodarlılar qış fasiləsində onu heyətinə qatmaq niyyətindədi. Bununla bağlı klublar arasında danışıqlara start verilib.

 

Qeyd edək ki, Ayaz Quliyevin “Spartak”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.


Digər xəbərlər

Xəbər xətti