“Yuventus” 19 yaşlı futbolçu üçün 45 milyon ayırdı

15:40 1 Noyabr 2019

“Zalsburq”da performansı ilə diqqət çəkən Erlinq Holandla "Yuventus" da maraqlanmağa başlayıb.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi qışda Avstriya klubuna təklif göndərəcək.Xəbərdə "qoca sinyora"nın 45 milyon avroluq təklif göndərəcəyi qeyd edilib.Parlayan ulduz bu il 20 yaşadək futbolçuların dünya çempionatında keçirilmiş Norveç – Honduras görüşündə (12:0) 9 qol vuraraq turnirin tarixinə düşmüşdü.
 

19 yaşlı futbolçu bu mövsüm “Zalsburq”da 15 matçda 22 qol vurub, 6 assist edib. O, Çempionlar Liqasında meydanda çıxdığı 3 görüşdə 6 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti