Son “Everton”un futbolçusunun ayağını qırdı, ağladı - VİDEO

11:39 4 Noyabr 2019

İngiltərə Premyer Liqasının 11-ci turunun “Everton” – “Tottenhem” matçında (1:1) xoşagəlməz hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, qonaqların hücumçusu Son Hın-Min oyunun 78-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Andre Qomeşlə mübarizə zamanı onun ayağını qırıb. Rəqibin ağrılar içində olduğunu görən cənubi koreyalı futbolçu göz yaşlarını saxlaya bilməyib. Qarşılaşmanın baş hakimi Martin Etkinson Sona qırmızı vərəqə göstərib.
 
Sümüyü qırılan portuqaliyalı futbolçu əməliyyat ediləcək.

 

 


Digər xəbərlər

Xəbər xətti