Milli komandaların oyunlarına görə çempionatlarda yaranan fasilə zamanı ABŞ-a yollanan "Mançester Siti"nin ulduzu Serxio Aquero yığmadan komanda yoldaşı Lukas Fernandes və iki xanımla paparatsilərin hədəfinə çevirilmişdi.
Sportarena.az xəbər verir ki, 140 funt-sterlinqlik "Mercedes"ə minən argentinalı ulduz jurnalistlərin suallarını cavablandırmaqdan imtina etmişdi.
Həmin gecə Aqueronun yanında ön oturacaqda oturan və kameralara öpüş göndərən xanımın kimliyi müəyyənləşib. Bu məşhur model Zoe Kristofoli olub.