Kiprli jurnalistlərdən Qurbanova qarşı hörmətsizlik? - KLUBDAN AÇIQLAMA

07:55 7 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah keçiriləcək APOEL - "Qarabağ" matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb.

 

Sportarena.az xəbər verir ki, buna Kiprdən olan jurnalistlərin mətbuat konfransına qatılmaması səbəb olub.Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun "Qafqazinfo"ya verdiyi məlumata görə, Kiprdə oyuna maraq gözlənilən səviyyədə deyil. 

 

"APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransında cəmi 6 jurnalist olub. Həmin konfrans da şəhərin əks istiqamətində, APOEL-in məşq bazasında baş tutub. Buna görə də bir saat sonra keçirilən Qurban Qurbanovun mətbuat konfransında iştirak edə bilməyiblər", - deyə klub rəsmisi bildirib.

 

Qeyd edək ki, Kiprdən olan jurnalistlərin Qurbanovun mətbuat konfransına qatılmaması sosial şəbəkələrdə hörmətsizlik kimi dəyərləndirilib. Onu da əlavə edək ki, Azərbaycandan Kiprə jurnalist yollanmayıb. 


Digər xəbərlər

Xəbər xətti