Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportarena.az xəbər verir ki, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.Bunlar Aşraf Hakimi ("Borussiya” D), Rodriqo ("Real”), Son Xin Min ("Tottenhem”) və Keylor Navasdır (PSJ).
Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı noyabrın 8-də açıqlanacaq.