Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

23:45 8 Noyabr 2019

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, "Real"ın futbolçusu Rodriqo ən yaxşı seçilib. 18 yaşlı braziliyalı hücumçu azarkeşlər arasında aparılan səsvermədə mərakeşli Əşrəf Hakimi (Dortmund "Borussiya”sı, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Mini ("Tottenhem”, İngiltərə) qabaqlayıb.

 

Qeyd edək ki, Rodriqo "Qalatasaray”la matçda (6:0) het-trik edib. O, ÇL-in tarixində ən erkən dublun müəllifi olub. Futbolçu 6 dəqiqə 4 saniyə ərzində rəqibi 2 dəfə məyus edib.


Digər xəbərlər

Xəbər xətti