Səlahət Ağayev “Neftçi”də “50”yə çatdı

14:31 12 Noyabr 2019

Azərbaycan Premyer Liqasının XI turu “Neftçi”nin qapıçısı Səlahət Ağayev üçün yubileylə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı qolkiper Bakı klubunun heyətində 50-ci çempionat oyununu keçirib. “Keşlə” ilə görüşdə 1:2 hesabı ilə uduzan “ağ-qaralar”ın qapıçısı bu matçlarda 46 top buraxıb. O, 2017/18 mövsümündə 11 (-11), ötən çempionatda 28 (-26), cari turnirdə 11 (-9) qarşılaşmada iştirak edib.


Səlahət Azərbaycan çempionatları tarixində “Neftçi”də 50 və daha çox oyun keçirən 6-cı qapıçıdır. Ağayev bu göstəricidə Elxan Həsənov (135), Saşa Stamenkoviç (98), Vladimir Miçoviç (92), Cahangir Həsənzadə (82) və Hüseyn Məhəmmədovdan (51) geri qalır.


Digər xəbərlər

Xəbər xətti