Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub.
Sportarena.az xəbər verir ki, bu, XI turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub. Ümumilikdə isə, 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir.
Mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.