Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
"Keşlə” – "Neftçi” görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub.
"Qəbələ” – "Səbail” qarşılaşmasının 80-ci dəqiqəsində "Səbail”in futbolçusu Əli Sadıxov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Sabah” – "Sumqayıt” matçında 4 futbolçusu sarı vərəqə alan "Sabah” 800 manat ziyana düşüb. Oyunun 59-cu dəqiqəsində "Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib.
"Qarabağ” – "Zirə” görüşündə "Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün bakılılar 800 manat cərimələnib. Təcili tibbi yardım əməkdaşı oyunöncəsi iclasda iştirak etmədiyindən, meydan sahibi 400 manat cərimə olunub.