"Azərbaycan kubokunda 12 komandanın olması nə məndən, də də jurnalistlərdən asılıdı".
Sportarena.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri Azərbaycan kubokunun püşkatma mərasimində çıxış edərək, Region Liqasındakı komandaların heç birinin bu turnirdə iştirak üçün onlara müraciət etmədiyini söyləyib: "Hətta həvəskar komandaların yarışa qatılması əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır idik".
Musayev Premyer Liqaya sponsorluq etmək istəyən xarici şirkətlə danışıq apardıqlarını, lakin həmin qurumun Azərbaycanda lisenziyası olmadığı üçün razılıq verilmədiyini vurğulayıb.