21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığması ilə qarşılaşıb.Oyun yığmamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşmada yeganə qola matçın 65-ci dəqiqəsində Barış Ekincier imza atıb
Qeyd edək ki, millimiz ilk oyunda Lixtenşteynə 0:1 hesabı ilə uduzmuşdu.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
Azərbaycan - Lixtenşteyn - 1:0
Qol: Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Kapital Bank Arena”
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 15. Ömər Buludov, 17. Doğukhan Öksüz, 18. Hüseyn Seyliğli, 21. Barış Ekincier;
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 4. Aəbuhi Abdullazadə, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 16. Süleyman Əhmədov, 20. Elçin Mustafayev, 23. Ozan Can Kökcü;
Baş məşqçi: Milan Obradoviç.