AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Uels yığmasının lideri Qaret Beyl qarşılaşmadan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, ulduz futbolçu yığmamızda inkişaf hiss olunduğunu vurğulayıb.
- Aaron Remsinin milliyə dönməsinə münasibətiniz necədi?
- Remsinin yenidən heyətdə olması çox gözəldi. Bu, sevindirici haldı. O, “Yuventus” kimi böyük klubda çıxış edir. Belə davam etsə, orda möhkəmlənəcək.
- Özünüzü necə hiss edirsiniz?
- Özümü əla hiss edirəm. Ümid edirəm ki, bu cür də davam edərəm.
- Uzun illərdi xarici klublarda oynayırsınız. Yəqin ki, yığmanın oyunu zamanı evə qayıdanda sevinirsiniz...
- Milli komandada oynamaq həmişə şərəfdi. Yığmada oynamaq hər zaman xoşdu.
- Azərbaycan millisi barədə təəssüratlarınız necədi?
- Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il əvvəlki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadı.