Uels millisinin üzvü Aaron Remzi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla Bakıda keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, “Yuventus”un 28 yaşlı futbolçusu meydana qələbə üçün çıxacaqlarını söyləyib:
“Bütün fikrimiz Azərbaycanla oyundadır. Macarıstanı düşünmürük. Bakıdakı matç Kardiffdəki oyunun oxşarı olacaq. Bizi çətin görüş gözləyir. Amma hesab edirəm ki, qalib gəlmək üçün lazım olan hər şeyimiz var. Əsas istəyimiz də budur. Final mərhələsi şanslarımızı saxlamaq üçün qələbə qazanmalıyıq. Sabahkı matçı səbirsizliklə gözləyirik”.
Sabah 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Uels oyunu saat 21:00-da başlayacaq.