Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı

02:02 17 Noyabr 2019

Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinin birinci günündə idmançılarımız uğurla çıxış edərək bir qızıl, iki bürünc medal qazanıblar.

 

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmizi qitə turnirində 50 kiloqram çəki dərəcəsində təmsil edən Nurlan Kərimli finalda italiyalı idmançı Pietro Andreinini məğlub edərək Avropa kubokunun qalibi olub. Komandamızın digər üzvləri Hüseyn Allahyarov (50 kq) və Aydın Rzayev (60 kq) bürünc medal əldə ediblər.

 

Azərbaycanın 7 cüdoçusunun qatıldığı Avropa kuboku yarışlarında 31 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Turnirə noyabrın 17-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti