Azərbaycan millisi Bratislavaya yollandı

16:10 17 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya yığmasının qonağı olacaq Azərbaycan millisi Bratislavaya yollanıb.

 

Sportarena.az xəbər verir ki, milli ilə birgə səfərə gedənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov və digər rəsmi şəxslər də var.


Slovakiya və Azərbaycan yığmaları arasında keçiriləcək qarşılaşma noyabrın 19-da Trnava şəhərindəki Anton Malatinski stadionunda olacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Azərbaycan millisi Bakıdakı oyunda bu komandaya 1:5 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti