Slovakiya – Azərbaycan: Mətbuat konfransı və açıq məşqlərin vaxtı açıqlandı

00:25 18 Noyabr 2019

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, noyabrın 19-da, saat 23:45-də Trnava şəhərindəki Anton Malatinskiy stadionunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib:

 

 

18 noyabr

Slovakiya milli komandası

Saat 16:30. Mətbuat konfransı,  “X-Bionic Centre”

Saat 17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “X-Bionic Centre”

 

Azərbaycan milli komandası

Saat 19:00. Mətbuat konfransı, Anton Malatinskiy stadionu (Bakı vaxtı ilə 22:00)

Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, Anton Malatinskiy stadionu (Bakı vaxtı ilə 22:30)

 

Qeyd: Hər iki mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib.


Digər xəbərlər

Xəbər xətti