Rüfət Dadaşov: "Problem tezliklə aradan qalxacaq"

11:21 18 Noyabr 2019

Zədə səbəbindən millimizin heyətində kənarlaşdırılan Rüfət Dadşov durumundan danışıb.



Sportarena.az xəbər verir ki, Almaniyanın "Proyssen" klubunun hücumçusu "Bild"ə açıqlamasında budunda ağrılar olduğunu deyib:

 

"Eniş zamanı budumda ağrı hiss etdim. Sonra yığmanın baş məşqçisi Nikola Yurçeviçlə məsləhətləşdik və növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı. Belimdə problemin olmasından şübhələnirik. Bu üzdən hərtərəfli müayinə olunacam. Ümid edirəm ki, problem tezliklə aradan qalxacaq".
 

Qeyd edək ki, Dadaşovun  noyabrın 23-də 3-cü Bundesliqanın növbəti turunda "Zviçkau" ilə keçiriləcək matçda iştirakı sual altındadır.


Digər xəbərlər

Xəbər xətti