Bugünlərdə mətbuatda "Gilan Holdinq"in "Qəbələ"yə sponsorluğu dayandıracağı haqda məlumat yayılıb. Təbii ki, bölgə təmsilçilərindən biri, "Qəbələ"nin bu halla üzləşməsi heç də futbolumuz adına yaxşı olmayacaq. Ölkə futboluna az-çox xeyri dəyən komandalardan olan, öz akademiyasının hesabına futbolçular yetişdirən və yığmamıza, klublarımıza bəxş edən Qəbələ təmsilçisinin yanvarın 1-dən etibarən "Gilan Holdinq"in sponsorluğundan məhrum olacağı bildirilir.
Məsələ ilə bağlı "Qəbələ"nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Zaur bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Həmişəki kimi normal qaydada davam edirik. Bizdə belə bir məlumat yoxdu. Ümumiyyətlə, kluba bu haqda xəbərdarlıq olunmayıb"