Rusiyalı futbolçu Türkiyədə itkin düşdü

08:11 21 Noyabr 2019

Türkiyənin “Ankaragücü” klubunun rusiyalı oyunçusu Zaur Sadayev itkin düşüb.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu artıq bir neçə gündür klubla əlaqə saxlamır.Komandanın baş məşqçisi Mustafa Kaplan jurnalistlərə açıqlamasında bildirib ki, Sadayevin telefonuna zəng çatmır. “O, fanatları qarşısında izahat verməli olacaq”, - baş məşqçi qeyd edib.

 

Xatırladaq ki, Sadayev “Ankaragücü”nə bu ilin fevralında icarə əsasında gəlib, iyun ayında isə müqavilə imzalayıb. Türkiyəyə köçənə qədər o, Qroznının “Axmat” klubunun tərkibində oynayıb.


Xəbər xətti