"Qarabağ"ın futbolçusuna 4 ölkədən təklif

11:02 21 Noyabr 2019

"Qarabağ"ın qış fasiləsində Simeon Slavçevlə yollarını ayıracaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.Həmkarlarımız yazır ki, baş məşqçi Qurban Qurbanovun gələcək planlarına daxil olmayan 26 yaşlı futbolçuya 4 ölkədən təklif var. Belə ki, Slavçev Bolqarıstan, Portuqaliya, Türkiyə və Rusiyadan təkliflər var.

 

Onu istəyən klublardan yalbız birinin adı bəllidi. Belə ki, Bolqarıstanın "Levski" klubu yarımmüdafiəçini heyətinə qatmaq istəyir. 

 

Qeyd edək ki, Slavçev "Qarabağ"a 2018-ci ilin yayında Portuqaliyanın "Sportinq" klubundan transfer olunub. O, cari mövsümdə 8 oyuna çıxaraq 452 dəqiqə oynayıb.


Xəbər xətti