“Qarabağ”dan vacib matçla bağlı - “Sona qədər vuruşacağıq”

10:55 25 Noyabr 2019

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyanın “Sevilya”nın qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma Ağdam klubu üçün əhəmiyyətlidir. Meydan sahibləri 1/16 finala vəsiqəni təmin ediblər.“Qarabağ” Nikosiyada APOEL-ə məğlubiyyətdən sonra işini çətinə salsa da, hələ də şansları var. Bunun üçün çətin səfərdə ən azı uduzmamaq lazımdır.
 

Klubun sosial şəbəkə hesabı futbolçuları motivasiya edəcək paylaşım edib. Ağdamlıların media xidməti matçın afişasını “"#yenitarixüçün son saniyəyə qədər meydanın hər nöqtəsində vuruşacağıq!” başlığı ilə yerləşdirib.



Xəbər xətti