“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstanın “Levski” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında xəbəri təkzib edib:
“Bu, tamamilə fərziyyədir. “Levski” ilə heç bir danışığımız olmayıb. İndi gələcəyimlə bağlı heç bir şərh verə bilmərəm. Çünki “Qarabağ”da qalıb-qalmayacağımla bağlı rəhbərliklə heç bir müzakirəmiz olmayıb. Klubla müqaviləm var. Dəqiqləşdirmədən nəyəsə şərh verə bilmərəm”.
Slavçevin "Qarabağ"la müqaviləsi mövsümün sonuna qədərdir.