“Sevilya” – “Qarabağ” matçının hakimləri açıqlandı

17:23 25 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sevilya” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, UEFA qarşılaşmaya İsveçdən olan hakimlər briqadasını göndərmək qərarına gəlib.Sevilyada baş tutacaq görüşdə Mohammed Al-Hakim ədalət təmsilçisi olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti