“Bütün diqqətimizi “Qarabağ”la oyuna yönəltmişik” - AÇIQLAMA

09:21 26 Noyabr 2019

"Sevilya"nın futbolçusu Fernando Avropa Liqasının qrup mərhələsinin V turunda "Qatabağ"la ev oyunu barədə fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yalnız qələbə haqda düşündüklərini söyləyib:

 

"Qrupdan çıxmaq işimizin bir hissəsidir. Ona görə bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik. Sona qədər döyüşüb növbəti 3 xalı qazanmaq, qələbə seriyamızı davam etdirmək və azarkeşlərimizi sevindirmək istəyirik".

 

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti