“Başakşehir”in oyunçusu Arda Turan növbəti dəfə məhkəməlik olacaq.
Sportarena.az xəbər verir ki, müğənni Berkayla mübahisə səbəbindən yaranan qalmaqala görə bu yaxınlarda hakim qarşısına çıxan Ardanın başı İspaniyadakı ev sahibi ilə dərddədir.
“Mundo” qəzetinin yazdığına görə, futbolçu keçmiş ev sahibinə 400 min avro ödəməlidir. Bu məbləğin 100 mini kirayə borcudur, 300 mini isə oyunçunun yaşadığı evə vurduğu ziyana görədir.
Arda ilə görüşsə də, heç bir nəticə əldə edə bilmədiyini deyən ev sahibi çarəni onu məhkəməyə verməkdə görür.