“Əlbəttə ki, həyəcanlıyıq” - Dani Kintana

13:59 26 Noyabr 2019

“Qarabağ”ın futbolçusu Dani Kintana ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya”ya qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib. Kintana mütləq xal qazanmalı olduqlarını deyib:

 

““Sevilya”nın heyətində Franko Vaskesi çox bəyənirəm. Əla futbolçudu və mövsümü yüksək səviyyədə keçirir. Növbəti mərhələ şansımızı davam etdirmək üçün mütləq xal qazanmalıyıq. Bunun çox çətin olacağını bilirik. “Sevilya” əla komandadı. Mənə görə, onlar bu turnirin favoritidi”.
 

2015-ci ildən “Qarabağ”da çıxış edən ispaniyalı futbolçu yaxşı formada olmadıqlarını da etiraf edib: “Böyük rəqibə qarşı oynamağın motivasiyası fərqli olur. Əlbəttə ki, həyəcanlıyıq. Ən yaxşı vəziyyətdə deyilik, çünki son vaxtlar mənfi nəticələrimiz var. Ancaq komandanın meydana əzmlə çıxacağına əminəm. Avropa Liqası başqa turnirdir və “Ramon Sançes Pisxuan”da oynamaq bunu daha da xüsusiləşdirir”.
 

Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti