UEFA “Qarabağ”a görə APOEL-in etirazını qəbul etdi

14:19 26 Noyabr 2019

Avropa Liqasının 5-ci turunda keçiriləcək "Düdelanj" (Lüksemburq) - APOEL (Kipr) qarşılaşmasının hakimləri dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA matçı italiyalı FIFA referisi Canluka Rokkinin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırıb. 

 

Qurum daha öncə görüşü türkiyəli referi Halis Özkahyaya tapşırmışdı. Kipr təmsilçisi buna görə UEFA-ya şikayət etmişdi. Nikosiya təmsilçisi türkiyəli hakimin Avropada ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini bildirib. APOEL Türkiyə və Azərbaycanın yaxın münasibətlərinə görə bu təyinatı birmənalı qarşılamadığını qeyd edib. Ona görə də UEFA dəyişiklik etməyə qərar verib.

 

"Düdelanj" - APOEL oyunu noyabrın 28-i Bakı vaxtı ilə 00:00-da baş tutacaq. Qrupun digər matçında eyni vaxtda "Qarabağ" "Sevilya"nın qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti