"Neftçi” baxışa daha bir futbolçu dəvət edib.
Sportarena.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu, qvineyalı Nabi Silladı. 21 yaşlı Silla hücumçudu. "Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində "Satellit” (2015-2017), "Qanqan” (2017-2018) və "Koyah” (2018-2019) klublarında çıxış edib.
Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Silla hazırda U-23-ün üzvüdü. Klubun məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.