KİV “Qızıl top”un qalibinin adını açıqladı

03:38 27 Noyabr 2019

“Barselona”nın və Argentina yığmasının hücumçusu  Lionel Messi “Qızıl top” mükafatının sahibi olacaq.

 

Sportarena.az xəbər verir ki, belə bir iddia ilə “Mundo Deportivo” nəşri çıxış edib. Məlumata görə, Messi özü də artıq bu barədə məlumatlandırılıb. Mükafatın təşkilatçılarından olan “France Football” nəşrinin nümayəndəsi argentinalı oyunçuya müjdəni vermək üçün Kataloniyaya yollanıblar və ondan müsahibə alıblar.

 

Qeyd edək ki, “Qızıl top” mükafatlandırma mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.


Xəbər xətti