Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.
Sportarena.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Prosineçki ötən il millimizdən ayrıldıqdan sonra Bosniya və Herseqovina millisinin "sükanı arxası"nda keçmişdi.