Həbibin növbəti döyüşünün dəqiq tarixi məlum oldu

12:05 27 Noyabr 2019

Rusiyanın UFC çempionu Həbib Nurməhəmmədovun növbəti döyüşünün dəqiq tarixi və yeri açıqlanıb.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, aprelin 18-də Nyu-Yorkda Toni Ferqüsonla üz-üzə gələcək. Məlumat əvvəlcə UFC rəhbəri Deyn Uayt tərəfindən verilib, daha sonra Həbibin meneceri də bunu təsdiqləyib.  

 

Qeyd etmək lazımdır ki, döyüşçülər arasında görüş bir neçə dəfə təxirə düşüb. Onlar ilk dəfə 2017-ci ildə görüşüb.


Digər xəbərlər

Xəbər xətti