Messi Ronaldonu üstələyib rekorda imza atdı

09:35 28 Noyabr 2019

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi turnirdə 34-cü klubun qapısına qol vurmaqla Çempionlar Liqasında rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, forvard Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Borussiya” ilə üz-üzə gəldikləri matçda fərqlənməyi bacarıb.

 

Bununla da, Messi Çemponlar Liqasında 33 klubun qapısına qol vuran “Yuventus”un hücumçusu Kriştiano Ronaldo və “Real”ın eks-forvardı Raul Qonsalesi üstələməyi bacarıb.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan 32 yaşlı Messi klubun tarixində ən yaxşı bombardirdir. O, 700 matçda 613 qolun müəllifi olub. Argentinalı futbolçunun Kataloniyanın klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Messi beş dəfə “Qızıl top” və altı dəfə “Qızıl buts”a layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti