“Qarabağ” "Sevilya"ya uduzdu - YENİLƏNİB

02:00 29 Noyabr 2019

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” da səfərdə meydana çıxacaq. 1/16 final mərhələsi üçün şanslarını saxlayan Qurban Qurbanovun komandası “Roman Saçes Pisxuan” stadionunda “Sevilya”nın qonağı olacaq. 

 

Ağdam klubu bu görüşdə məğlub olsa, APOEL səfərdə “Düdelanj”a qalib gəlsə, növbəti mərhələ şansları bitəcək. “Düdelanj”ın Kipr klubuna müqavimət göstərəcəyi çətin göründüyü üçün “Qarabağ”ın bu çətin səfərdən xalla qayıtması vacibdir. 

 

5-ci tur

A qrupu

00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 2-0
Baş hakim: Məhəmməd Əl-Hakim
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

00:00. “Düdelanj” (Lüksemburq) – APOEL (Kipr) 


Xəbər xətti