Azərbaycan millisi Mozambikdən geridə qaldı

14:00 28 Noyabr 2019

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığması siyahıda geriləyib. Nikola Yurçeviçin çalışdırdığı milli komandamız 114-cü yerə düşüb. Komandamızın aktivində 1177 xal var. Ötən reytinq cədvəlində yığmamız 111-ci pillədə yer almışdı. 

 

Azərbaycan millisi siyahıda Mozambik (105), Fələstin (106), Kenya (107), Zimbabve (111) kimi ölkələrdən geri qalır.

 

Qeyd edək ki, ilk pillədə Belçika yer alıb. Son dünya çempionu Fransa 2-ci, Braziliya isə 3-cü pillənin sahibidir. 


Digər xəbərlər

Xəbər xətti