Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu bəlli olub.
Sportarena.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Bavariya”nın hücumçusu Robert Levandovski seçilib. O, Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romero Lukakunu (“İnter”) qabaqlayıb.
Qeyd edək ki, polşalı forvard son turda “Srvena Zvezda” ilə görüşdə (6:0) 4 qol vurub.