Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İsrailin Yerusəlim şəhərində keçiriləcək “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumat FIDE-nin rəsmi saytında qeyd olunub. Bildirilir ki, T.Rəcəbov səhhətində yaranan problemlərə görə “Grand Prix 2019”un 4-cü mərhələsində iştirak etməkdən imtina edib.
Qeyd edək ki, "Grand Prix 2019" seriyasının Yerusəlim mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mübarizə aparacaq.