Rumıniyanın paytaxtı Buxarestdə ROMEXPO sərgi və konsert kompleksində AVRO-2020-nin final mərhələsinin püşkatması keçirilib.
Sportarena.az xəbər verir ki, püşkatmanın nəticələri belə olub:
A qrupu (İtaliya, Azərbaycan):
1. Türkiyə
2. İtaliya
3. Uels
4. İsveçrə
B qrupu (Rusiya, Danimarka):
1. Danimarka
2. Belçika
3. Finlandiya
4. Rusiya
C qrupu (Niderland, Rumıniya):
1. Niderland
2. Ukrayna
3. Avstriya
4. D(Gürcüstan/Belarus-Şimali Makedoniya/Kosovo)
D qrupu (İngiltərə, Şotlandiya):
1. İngiltərə
2. Xorvatiya
3. C(Norveç/Serbiya-Şotlandiya/İsrail)
4. Çexiya
E qrupu (İspaniya, İrlandiya):
1. İspaniya
2. İsveç
3. Polşa
4. B(Bosniya və Herseqovina/Şimali İrlandiya-Slovakiya/İrlandiya)
F qrupu (Almaniya, Macarıstan):
1. A(Bolqarıstan/Macarıstan-İslandiya/Rumıniya)
2. Portuqaliya
3. Fransa
4. Almaniya
Ev sahibi olaraq Bakı və Roma UEFA tərəfindən cüt şəhərlər olaraq müəyyənləşdirildiyi üçün A qrupunda İtaliya milli komandası bütün ev oyunlarını “Olimpiko” stadionunda keçirəcək. Türkiyə milli komandasının İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə – Uels görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək.
Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.