“Qarabağ” yerində qaldı

12:01 30 Noyabr 2019

UEFA Avroliqa və Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra klubların ölkələr üzrə reytinqini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, səfərdə “Sevilya”ya 0:2 hesabı ilə məğlub olan “Qarabağ”ın reytinqində dəyişiklik olmayıb. Azərbaycanın bu mövsümdəki əmsalı 3,125-də qalıb.

 

Aktivindəki xalla (18,500) 26-cı olan Azərbaycan mövqeyini qoruyub. 25-ci pillədə qərarlaşan Belarusun 18,875 xalı var. Belarusun avrokuboklarda təmsilçisi qalmadığından, “Qarabağ”ın qrup mərhələsinin son turunda “Düdelanj”a qalib gəlməsi ölkəmizin 25-ci sıraya yüksəlməsinə səbəb ola bilər.


Digər xəbərlər

Xəbər xətti