FIFA referimiz dünya çempionatının yarımfinalında

12:45 30 Noyabr 2019

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı referi "Yaponiya" - "Portuqaliya" matçında üçüncü hakim olacaq. Qarşılaşmanı polşalı Lukas Ostrovski idarə edəcək.

 

Digər yarımfinalda görüşündə İtaliya və Rusiya komandaları üz-üzə gələcək. Oyunlar bu gün keçiriləcək. 

 

Qeyd edək ki, dünya çempionatının finalı dekabrın 1-də olacaq.


Digər xəbərlər

Xəbər xətti